26 yaşlı ukraynalı basketbolçu Vadim Zaplotinski dövlət sərhədini keçmək istəyərkən saxlanılıb. Bu barədə “Champion-Ukrayna” nəşri məlumat yayıb. Bildirilir ki, hadisə mayın 12-də baş verib.

Kiyev Basketbol Federasiyasının keçmiş prezidenti Maksim Sergeev sosial şəbəkələrdəki səhifəsində basketbolçunun həbs edildikdən sonra Ukrayna Hava Desant Hücum Qüvvələrinin təlim mərkəzinə göndərildiyini bildirib.

“Dağların arasından qonşu ölkəyə doğru hərəkət edən “Kiyev-Basket” komandasının oyunçularından biri sərhəd xidməti tərəfindən saxlanılıb. Oradan onu tədris mərkəzinə göndəriblər. Beləliklə, hansı nəticələr çıxara bilərik? Əgər siz peşəkar idmançısınızsa və sərhədçilərin təqibindən yaxa qurtara bilmirsinizsə, o zaman hərbi xidmət qoşunlarında fiziki hazırlığınızı yaxşılaşdırmağa dəyər”, – deyə Sergeev yazıb.

Əlavə edək ki, Zaplotinski 2023/2024 mövsümündə  Ukrayna Super Liqasında ən yaxşı müdafiə oyunçusu seçilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp