Dünyanın birinci raketkası, serb tennisçi Novak Cokoviç Adriatik Liqasının finalında “Srvena Zvezda” ilə “Partizan” arasında keçirilən basketbol matçını izləyib. O bu barədə sosial media hesabında məlumat verib.

“Srvena Zvezda” “Partizan”la oyunda ardıcıl üçüncü qələbəsini (82:76, 3:0) qazanaraq çempionluq titulunu əldə edib.

Xatırladaq ki, Cokoviç basketbol həvəskarıdır. Mart ayında Amerikadakı “Masters” turnirində iştirak edərkən, o,  MBA oyunlarını tribunalardan izləmiş və liqanın ən yaxşı oyunçuları Lebron Ceyms və Stiv Körri ilə görüşmuşdü.

Xatırladaq ki, bu həftə 24 qat “Böyük Dəbilqə” çempionu “Rolan Qarros”-da titulunu qorumazdan əvvəl Cenevrədə (İsveçrə) ATP-250 turnirində çıxış edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp