U-17 Qızlar Liqasında mövsümə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası liqanın final oyununda “Neftçi” ilə qarşılaşıb.

Binə stadionunda keçirilən matç Mehdi İbrahimovun baş məşqçisi olduğu “Sabah”ın böyük hesablı qələbəsi ilə nəticələnib (11:0). Görüşdə qollara Xanım Əsədova (6), Mədinə Curuqova (2), Tərgül Qəniyeva (2) və Aysu Əsədova imza atıblar.

Liqanın bombardiri “Sabah”ın hücumçusu Xanım Əsədova (67 qol) olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp