Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçına giriş pulsuz olacaq.

Futbolinfo.az “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ev sahibləri “Qəbələ” ilə keçiriləcək matçın mövsümün sonuncu və ən vacib oyun olması ilə əlaqədar “Açıq qapı” elan edib.

Mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp