Braziliya millisinin və “Mançester Siti”nin qapıçısı Ederson Amerika kubokunu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Mayın 16-da, “Tottenhem”lə oyundan (2:0) sonra qapıçıya sınıq diaqnozu qoyulub.

Braziliya millisində Edersonun yerini “San Paulo”nun qapıçısı Rafael tutacaq.

Amerika kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp