“Barselona” İspaniya çempionatının 37-ci turunda “Rayo Valyekano” üzərində qələbə (3:0) qazanıb.

Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisi Pedri bu oyunda dubl müəllifi olub.

O, “Barselona”da bütün karyerası ərzində ilk dəfə bir matçda birdən çox qol vura bilib.

21 yaşlı futbolçu indiyədək İspaniya klubunda 143 matçda 18 qol vurub.

Son turda kataloniyalılar “Sevilya” ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp