Xorvatiya millisi 2024-cü il Avropa çempionatı üçün iştirak ərizəsini açıqlayıb.

Futbolinfo.az millinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Real”ın 38 yaşlı yarımmüdafiəçisi Luka Modriç də daxil edilib.

AÇ-2024 üçün oyunçuların tam siyahısı:

Livakoviç, İvuşiç, Lavroviç – Vida, Juranoviç, Yoşko Qvardiol, Sosa, Stanişiç, Şutalo, Erliç, Poqrançiç – Luka Modriç, Kovaçiç, Brozoviç, Paşaliç, Vlaşiç, Mayer, İvanuşeç, Suçiç, Baturina – İvan Perişiç, Petitça, Paşaliç.

Daha 9 futbolçu ehtiyat siyahısına salınıb. Siyahıda dəyişikliklər olduqda onlar milliyə çağırıla bilər.

Xorvatiya yığmasının Avropa çempionatının qrup mərhələsindəki rəqibləri İspaniya, Albaniya və İtaliya olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp