“Barselona”nın İspaniya çempionatının 37-ci turunda “Rayo Valyekano” ilə qarşılaşdığı oyun (3:0) Kataloniya klubunun yarımmüdafiəçisi Lamin Yamal üçün yubiley matçı olub.

Futbolinfo.az xəbər verir ki, gənc futbolçu İspaniya çempionatında 50-ci oyununu keçirib.

Yamal buna nail olan ən gənc oyunçudur (16 yaş, 10 ay və altı gün).

La Liqanın son turunda “Barselona” səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp