Bolqarıstan çempionatında 34-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda ÇSKA 1948 ilə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Arda” hazırda 45 xalla 8-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp