Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı böyük ehtimalla yayda komandasını dəyişəcək.

Futbolinfo.az İsveç mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu oyun praktikasından əziyyət çəkdiyi üçün “Yurqorden”də qalmaq fikrində deyil.

Cari mövsüm İsveç çempionatında cəmi 2 matçda iştirak edən Qurbanlı təkliflər almağa da başlayıb. Variantlardan biri “Qarabağ” olsa da, forvard legioner həyatı yaşamaq arzusundadır. Lakin hələlik digər təkliflər onun ürəyincə deyil. Türkiyənin I Liqa təmsilçiləri növbəti mövsüm üçün hücum xəttini onunla gücləndirməyi hədəfləsələr də, Musa buna müsbət yanaşmır.

Yığmamızın üzvünün “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Ancaq İsveç klubu onu icarə verməyin və ya birbaşa satmağın əleyhinə deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp