Cari mövsüm Avropanın milli çempionatlarında ən çox qol vuran komandalar müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da cədvəlin ön sıralarında qərarlaşıb.

Ağdam təmsilçisi Premyer Liqanın geridə qalan 35 turunda rəqib qapılarından ümumilikdə 95 top keçirib. Qurban Qurbanovun yetirmələri bu göstərici ilə qitənin ən məhsuldar 5-ci klubudur. Düzdür, “Seltik” də Şotlandiya çempionatında eyni sayda fərqlənib. Lakin onlar buna 38 görüşdə nail olublar.

Avropanın ən məhsuldar komandası TNS-dir. Uels təmsilçisi 32 matçda 117 qola imza atıb. 100 qol səddini keçən ikinci klub PSV Niderland Erediviziyasında 111 qolla diqqət çəkib. “Qarabağ”ı qabaqlayan “Sportinq” və “Mançester Siti” 96 dəfə rəqibləri mərkəzə dəvət ediblər. Portuqaliya və İngiltərədə mövsüm başa çatdığından, Azərbaycan çempionu Premyer Liqanın son turunda 2 qol vuracağı təqdirdə onları da geridə qoyacaq.

Avropanın milli çempionatlarında 90 və daha çox qol vuran klublar:

1. TNS (Uels) – 32 oyun / 117 qol

2. PSV (Niderland) – 34 / 111

3. “Sportinq” (Portuqaliya) – 34 / 96

4. “Mançester Siti” (İngiltərə) – 38 / 96

5. “Qarabağ” (Azərbaycan) – 35 / 95

6. “Seltik” (Şotlandiya) – 38 / 95

7. “Bayern” (Almaniya) – 34 / 94

8. “Fənərbağça” (Türkiyə) – 37 / 93

9. “Feyenord” (Niderland) – 34 / 92

10. “Srvena Zvezda” (Serbiya) – 36 / 91

11. “Arsenal” (İngiltərə) – 38 / 91

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp