Milli Hokkey Liqasında Qərb konfransının yarımfinal seriyası başa çatıb. İkinci finalçı 7-ci oyunda müəyyənləşib.

“Edmonton Oylers” “Vankuver Kenaks”a 3:2 hesabı ilə qalib gələrək konfrans finalına yüksəlib. Həmin mərhələdən Edmonton təmsilçisinin rəqibi “Dallas Stars” olacaq.

Qeyd edək ki, Albertadan olan komanda son 3 ildə 2-ci dəfə konfrans finalında oynamaq hüququ əldə edib. 2022-ci idlə onlar “Kolorado Evelanş”a məğlub olmuşdular.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp