Hokkey üzrə dünya çempionatında qrup mərhələsi yekunlaşmaq üzrədir. Sona bir tur qalmış elit divizionunu tərk edəcək komandalar məlum olub.

Polşa və Böyük Britaniya milli komandaları DÇ-2024-ün nəticələrinə görə dünya çempionatının A1 divizionuna keçib. Hər iki komanda turnirdə öz qruplarında sonuncu, səkkizinci yerləri tutub.

Böyük Britaniya keçirdiyi altı görüşün hamısını ümumi 8:28 hesabı ilə uduzub. Komanda daha bir oyunu qalsa da, bu onun mövqeyinə təsir etməyəcək. Böyük Britaniyadan fərqli olaraq Polşa yeddi oyunun birini overtaynda uduzmaqla bir xal qazana bilib.

Beləliklə, 2025-ci ildə keçiriləcək dünya çempionatında Polşa və Böyük Britaniyanı Sloveniya və Macarıstan yığmaları əvəzləyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp