İspaniyalı tennisçi Rafael Nadal “Rolan Qarros” turnirinə hazırlıq çərçivəsində Parisdə ilk məşqini keçirib. Məşq çempionatın əsas kortu olan “Filipp Şatrie”də baş tutub. Əfsanəni izləmək üçün tribunalar demək olar ki, tamamilə dolu olub.

Xatırladaq ki, Rafa sonuncu dəfə bura 2 il əvvəl gəlmişdi. 2022-ci ildə o, final görüşündə Kasper Ruuda 3:0 hesabı ilə qalib gələrək çempion olmuşdu.

Rafael Nadal “Rolan Qarros” turnirlərinin rekordçusudur. O, karyerası ərzində 14 dəfə bu turnirin qalibi olub.

Xatırladaq ki, turnirə mayın 26-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp