Qadın Tennis Assosiasiyası (WTA) Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu (PIF) ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb. PIF bundan sonra qadınların dünya reytinqinin ad tərəfdaşı kimi çıxış edəcək. Həmçinin, fond və WTA bütün səviyyələrdə oyunçuları dəstəkləmək üçün əlaqələri təkmilləşdirmək və inkişaf etdirmək üçün birlikdə çalışacaq.

Qeyd edək ki, bu müqavilə bağlanmazdan əvvəl, 2024-cü ildən başlayaraq növbəti üç il ərzində WTA Yekun Turnirinin Ər-Riyadda  keçiriləcəyi məlum olmuşdu.

“Biz PIF-i WTA-nın qlobal tərəfdaşı və WTA reytinqinin ilk rəsmi ad tərəfdaşı kimi təqdim etməkdən çox məmnunuq. Birlikdə idmanı inkişaf etdirməyə, daha çox gənci oyuna həvəsləndirməyə və azarkeşləri cəlb etməyə çalışacağıq”, – “deyə WTA Ventures”in baş direktoru Marina Storti bildirib.

Qeyd edək ki, eyni əməkdaşlıq, bir müddət əvvəl Peşəkar Tennis Assosiasiyası (ATP) tərəfindən də elan edilmişdi.

Shares: