Alberto Cilardinyo “Cenoa”da qalacaq. Gənc məşqçi yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, sabiq hücumçunun işi klub rəhbərliyini qane etdiyindən belə qərar verilib. Məşqçi kimi də ümidləri doğruldan Cilardinyo ilə müqavilənin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

2022-ci ilin dekabrından “Cenoa”ya rəhbərlik edən məşqçi, komandanı meydana çıxardığı 40 oyunda 13 qələbə, 13 heç-heçəyə nail olub. Klub rəhbərliyi bu göstəricini yeni müqavilə imzalamaq üçün yetərli sayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp