Əvəzedicilər liqasında mükafatçılar bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 35-ci turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.

12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb. Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub. “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb. Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıla sahib çıxıb.

İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.

“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.

Qeyd edək ki, fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub. 

mövsümçempionII yerIII yer
1997/98OİKNeftçiKəpəz
2008/09NeftçiQarabağBakı
 2009/10QarabağİnterQəbələ
2010/11BakıTuranQəbələ
2011/12NeftçiQəbələİnter
2012/13BakıSimurqNeftçi
2013/14İnterQəbələSimurq
2014/15İnterSimurqNeftçi
2015/16QəbələQarabağSumqayıt
2016/17QarabağQəbələNeftçi
2017/18SəbailQəbələZirə
2023/24NeftçiQəbələSabah
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp