Qrem Potter yenidən baş məşqçi postuna qayıdır. O, vaxtilə uğur qazandığı “Brayton”a dönür.

Futbolinfo.az xəbər verir ki, Roberto de Zerbi  ilə yollarını ayıran ingilis klubu Premyer Liqada özünü sübut etmiş 49 yaşlı mütəxəssislə təmasa keçib. 2019-22-ci illərdə “Brayton”un yüksəlişinə töhfə verən Potter yüksək təzminat qarşılığında “Çelsi”yə getmişdi. Amma burada uğursuzluqla üzləşən məşqçi cəmi 31 matçda duruş gətirdi.

Bir ildir işsiz olan Potter bu müddətdə bir neçə təklifi rədd edib. O, cəlbedici layihə gözləyirdi. Belə imkanı ona yenə “Brayton” yaradıb. Tərəflər 4 illik müqaviləyə razılaşıb. Tezliklə rəsmi açıqlama veriləcək.

Shares: