Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü yeri tutub.
Futbolinfo.az xəbər verir ki, yığma üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstanın “Astana” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 31:28.
Milli yarımfinalda “Özbəkistan TJ” komandasına uduzub.