Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyinə qatılacaqlar.

Futbolinfo.az xəbər verir ki, yığma artıq sözügedən şəhərə yollanıb.

Sabah start götürəcək turnirdə 4 idmançı bacarığını göstərməyə çalışacaq. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı millinin məşqçiləri Mixail Timofeyev ilə Elnur Hidayətzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb.

Shares: