“Bayern”in baş məşqçi postuna daha bir namizədin adı bəlli olub. Tomas Tuhelin boş qoyduğu posta Tomas Frank təyinat ala bilər.

Futbolinfo.az xəbər verir ki, münhenlilər “Brentford”da əla işi ilə önə çıxan 50 yaşlı mütəxəssisi diqqət mərkəzində saxlayır. Danimarkalı Tuhelin xələfi olmağa əsas namizəd deyl, amma namizədlər siyahısında favoritlərdən biridir.

2016-cı ildə İngiltərə klubunda köməkçi-məşqçi kimi fəaliyyətə başlayan Frank 2018-dən etibarən baş məşqçidir. Onunla yaxınlarda yeni müqavilə imzalanıb və 2027-ci ilin yayınadək razılıq əldə edilib. Lakin “Bayern”dən təklif gələcəyi halda “Brentford” yaxşı təzminat qarşılığında onu buraxmalı olacaq.

Shares: