Futbol üzrə Portuqaliya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roberto Martines siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Dioqo Kosta (“Portu”), Xose Sa (“Vulverhempton”, İngiltərə), Rui Patrisio (“Roma”, İtaliya);

Müdafiəçilər: Antonio Silva (“Benfika”), Danilo Pereyra (PSJ, Fransa), Dioqo Dalo (“Mançester Yunayted”, İngiltərə), Qonsalo İnasio (“Sportinq”), Joao Kanselo (“Barselona”, İspaniya), Nelson Semedo (“Vulverhempton”, İngiltərə), Nunu Mendes (PSJ, Fransa), Pepe (“Portu”), Ruben Dias (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Brunu Fernandes (“Mançester Yunayted”, İngiltərə), Joao Neves (“Benfika”), Joao Palinya (“Fulhem”, İngiltərə), Otavio Monteyro (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Ruben Neves (Əl-Hilal”, Səudiyyə Ərəbistanı) Vitinya (PSJ, Fransa);

Hücumçular: Bernardo Silva (“Mançester Siti”, İngiltərə), Kristiano Ronaldo (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Dieqo Jota (“Liverpul”, İngiltərə), Fransisko Konseysao (“Portu”), Qonsalo Ramos (PSJ, Fransa), Joao Feliks (“Barselona”, İspaniya), Pedro Neto (“Vulverhempton”, İngiltərə), Rafael Leao (“Milan”, İtaliya).

Portuqaliya yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün F qrupunda Çexiya, Türkiyə və Gürcüstan milliləri ilə üz-üzə gələcək.

Shares: