“Dünya çempionatının Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”.

Futbolinfo.az xəbər verir ki, bunu 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasiminin ardından jurnalistlərə açıqlamasında Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda deyib.

O, Azərbaycanda minifutbolun inkişafı üçün çox müasir infrastruktur yaradıldığını söyləyib:

“Ölkənizdə minifutbol federasiyasının yaradılmasından bu yana çox işlər görülüb.Dünya çempionatının Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır. İnanırıq ki, gələcəldə digər ölkələr də sizə baxıb gördüyünüz işlərdən bəhrələnəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp