Futbol üzrə Azərbaycan II Liqasında 26-cı turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Futbolinfo.az xəbər verir ki, “Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov 32 qolla II Liqada 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu seçilib.
Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.