İngiltərənin “Çelsi” klubu baş məşqçisi Mauritsio Poçettino ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Argentinalı çalışdırıcı 2023-cü ildə “zadəganlar”ın sükanı arxasına keçmişdi.

Geridə qalmış mövsümdə “Çelsi” İngiltərə Premyer Liqasını 63 xalla 6-cı sırada bitirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp