Futbol üzrə Azərbaycan II Liqasında mövsümün sonuncu – 26-cı turunun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşündən sonra mükafatlandırma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, turnirin qalibi “Baku Sportinq” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər. Ardınca “Baku Sportinq” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, “Baku Sportinq” komandası II Liqada 1-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.
“Baku Sportinq”dən öncə isə çempionatın gümüş medallarını qazanmış “Cəbrayıl” və bürünc medallarla kifayətlənən “Şahdağ Qusar” komandalarının üzvləri mükafatlandırılıblar.