Misli Premyer Liqasında çıxış edən 2 legioner ölkəsinin millisinə çağırılıb.

Futbolinfo.az saytı xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi növbəti dəfə Moldova yığmasına dəvət alıb.

Onlar baş məşqçi Sergey Kleşenko tərəfindən qarşıdakı yoldaşlıq görüşünə çağırılan 25 nəfər sırasında yer alıblar. Avramla Marandiçi Kipr və Ukrayna ilə yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Moldova yığması iyunun 8-də Kipr, 11-də isə Ukrayna ilə qarşılaşacaq. Hər iki matç Kişinyovdakı “Zimbru” stadionunda reallaşacaq.

Shares: