İyunun 11-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasında baş məşqçi Maqomed Adiyevlə bağlı qərar verilib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası rusiyalı mütəxəssisi postunda saxlamaqda maraqlıdı.

46 yaşlı çalışdırıcı hazırda həm milliyə, həm də Rusiyanın “Axmat” klubuna rəhbərlik edir. Lakin o, Qroznı klubundan ayrılmağa hazırlaşır. Adiyevin meneceri Timur Qurtskaya yerli federasiya ilə ilin sonuna qədər olan müqavilə müddətini yeniləmək üçün danışıqlar aparıldığını açıqlayıb. O, həmçinin çalışdırıcının yığma ilə yanaşı, Qazaxıstan klublarından birinin “sükanı arxasına” keçmək ehtimalının olduğunu da gizlətməyib.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında yoldaşlıq görüşü iyunun 11-də Macarıstanın Sombatxey şəhərində təşkil olunacaq.

Shares: