Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, mayın 31-də “Erzincan 13 Şubat” stadionunda baş tutacaq görüşü UEFA Fransadan olan hakimlər briqadasına həvalə edib. İyunun 4-də “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşmada isə danimarkalılar ədalət təmsilçisi olacaqlar.
31 may
21:00. Türkiyə – Azərbaycan
Baş hakim: Aleksandra Kollin
Köməkçi hakimlər: Elodie Koppola, Klotilde Brassar
Ehtiyat hakim: Klemense Qonçalves (hamısı Fransa)
4 iyun
19:00. Azərbaycan – Türkiyə
Baş hakim: Nanna Lof Andersen
Köməkçi hakimlər: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Ehtiyat hakim: Frida Klarlund (hamısı Danimarka)
Qeyd edək ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz ilk 2 turda 1 xal toplayıb.