Azərbaycan yığmasının Millətlər Liqasının 1-ci turunda İsveçlə keçirəcəyi oyunun yeri müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, komandamız güclü rəqibini Bakıda qəbul edəcək.

C Liqasının 1-ci qrupunun matçı Tofiq Bəhramov adına Respublika stadionuna salınıb. Sentyabrın 5-dəki qarşılaşma saat 20:00-da start götürəcək. Bundan üç gün sonra isə yığmamız Slovakiyanın qonağı olacaq. Qeyd edək ki, millimizin yer aldığı qrupun digər iştirakçısı Estoniyadır.

Shares: