Bu gün Azərbaycan I Liqasında 2023-2024 mövsümünə yekun vurulacaq. Çempion komanda məhz sonuncu – 27-ci turda bəlli olacaq.

Lider “Şamaxı”nın çempionatı 1-ci yerdə tamamlamaq şansı daha çoxdur. Ötən mövsüm Premyer Liqanı tərk edən komanda bu gün liqanın autsayderi “Araz Saatlı”nı qəbul edəcək.

İkinci pillədə qərarlaşan və “Şamaxı”dan 1 xal geri qalan “Qaradağ-Lökbatan” isə səfərə “Mingəçevir”lə qarşılaşacaq. Göründüyü kimi, “Şamaxı”ya çempionluq üçün qələbə kifayətdirsə, “Qaradağ-Lökbatan” qalib gəlməklə yanaşı, liderin büdrəməsini də gözləməlidir.

Bütün oyunlar saat 16:00-da start götürəcək. Turun 4 görüşü Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, reqlamentə əsasən, I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada çıxış etməlidir.

16:00.MOİK – “İmişli”

Binə qəsəbə stadionu

16:00.“Şamaxı” – “Araz Saatlı”

Şamaxı şəhər stadionu (PFL TV/canlı)

16:00.“Mingəçevir” – “Qaradağ Lökbatan”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

16:00. “İrəvan” – “Karvan”

“ASK Arena” (PFL TV/canlı)

16:00. “Difai Ağsu” – “Zaqatala”

Ağsu şəhər stadionu (PFL TV/canlı)

Shares: