UEFA Avropa Liqasında 2023/2024 mövsümünün qalibi bu gün müəyyənləşəcək. Turnirin final matçında Almaniyanın “Bayer” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcək.

İrlandiyanın paytaxtındakı “Dublin Arena”da keçiriləcək matçın start fiti saat 23:00-da səsləndiriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Avropa Liqası, final

23:00. “Atalanta” (İtaliya) – “Bayer 04” (Almaniya)

Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).

VAR: Pol van Bökel (Niderland).

İrlandiya, “Dublin Arena” stadionu.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İspaniyanın “Sevilya” klubu olub.

Shares: