MBA-da Şərq konfransının final seriyasına start verilib. İlk oyun gözləniləndən də gərgin alınıb.

Əsas vaxt ərzində qalib müəyyənləşmədiyindən “Boston Seltiks” və “İndiana Peysers” overtaym oynamaq məcburiyyətində qalıblar. Burada daha uğurlu olan tərəf meydan sahibləri olublar. Beləliklə də Boston komandası seriyaya qələbə ilə başlayıb – 133:128.

“Seltiks”in heyətində Ceyson Teytum 36 xal toplayıb. Qonaq komandada Halibörtonun aktivində 26 xal var.

Shares: