22 dəfə “Böyük Dəbilqə” seriyalı turnirlərdə çempion olan ispan tennisçi Rafael Nadal 2025-ci ildə çıxışını davam etdirə bilər. Bu barədə “Clay Tenis” məlumat yayıb.

Mənbənin məlumatına görə, Nadalın müxtəlif zədələr səbəbindən bu il istədiyi qədər oynaya bilməməsi ispan tennisçini fikrindən daşındırır.  Nadalın özü də digər torpaq turnirlərlə deyil, yalnız Madridlə vidalaşdığını deyərkən qərara eyham vurmuşdu.

Xatırladaq ki, bu mövsüm Nadal 11 rəsmi oyun keçirib, onlardan 7-də qalib gəlib. Rafael Brisbendə (Avstraliya) Cordan Tompson, Barselonada (İspaniya) Aleks de Minaur, Madriddə (İspaniya) Jiri Legeçka və Romada (İtaliya) Hubert Hurkaça məğlub olub.

Shares: