Kilian Mbappe Yay Olmpiya Oyunlarında iştirak etməyəcək. Bu barədə COPE məlumat verib.

Mənbənin xəbərinə görə, futbolçunu heyətinə qatan Madrid “Real”ı artıq avqust ayında onu komandanın düşərgəsində görmək istəyir. Bu səbəbdən də ispanlar forvardı Olimpiadaya buraxmırlar.

Xatırladaq ki, mayın 10-da Kilian PSJ-dən getdiyini elan edib. Onun klubla müqaviləsi bu yay başa çatırdı. Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Shares: