“Kəpəz” yeni mövsümdə fərqli komanda olacaq. Ötən il “Qəbələ”nin başına gələnləri indi də gəncəlilər yaşayır.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz” heyətində olan və bu mövsüm özünü yaxşı göstərən əksər legionerlər bir neçə təklif alıb. Daha yaxşı maliyyə təklif edən paytaxt klubları İqor Rodriqes, Yeqor Xvalko, Olavale Onanunqa və başqalarını heyətinə qatmaq niyyətindədir. Sponsorsuz yaşamağa məcbur olan qərblilər pul rəqabətində geri qaldığı üçün onları qoruya bilmir.

Junior Martinsə də maraq böyükdür. Amma digərlərindən fərqli olaraq, onun müqaviləsinin davam etməsi “Kəpəz”in xeyrinədir. Sabah 24 yaşını tamam edəcək braziliyalını düşərgəsinə cəlb etmək istəyən transfer haqqı ödəməlidir.

Əldə etdiyimiz məlumata görə, “Kəpəz”in oyunçuları ilə “Qarabağ”, “Neftçi” və “Sabah” istisna olmaqla, bütün Premyer Liqa klubları maraqlanır. Bir neçə yerli futbolçuya da belə təkliflər edilib.

Shares: