“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev sabiq klubu “Qəbələ”nin futbolçusu Bilel Auaşeriyanı transfer edəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib.

Futbolinfo.az-a açıqlama verən çalışdırıcı məlumatı təkzib edib. O bildirib ki, transfer işləri yalnız mövsüm bitdikdən sonra başlayacaq: “Çempionat başa çatdıqdan sonra buna baxacağıq”.

Xatırladaq ki, Auaşeriya Baxşıyevin istəyi ilə “Qəbələ”yə gətirilmişdi. Məşqçi uğursuz nəticələrdən sonra istefaya göndərildi və bir neçə həftə əvvəl “Araz-Naxçıvan”a təynat aldı. Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Qəbələ” isə legionerləri ilə vidalaşacaq.

Shares: