Aleksandr Usik və Tayson Fyuri arasındakı döyüşü 20 milyondan çox insan qeyri-leqal olaraq izləyib.

Bu barədə “Daily Mail” nəşri “Yield Sec”in araşdırmasına istinadən xəbər verir. Real rəqəmin daha yüksək ola biləcəyi qeyd edilir. Təhlil zamanı şirkət hər bir yayıma bir tamaşaçı tərəfindən baxılmasını nəzərə alıb.

Pirat yayımların ümumi sayının 45%-i Avropada baş verib. 25%-i Şimali Amerikaya, 16%-i isə Asiyaya aiddir. Döyüşün təşkilatçıları buna görə ən azı 95 milyon funt sterlinq itiriblər.

Xatırladaq ki, mayın 19-na keçən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda döyüş baş tutub. Həmin döyüşdə Usik Fyurini məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp