Formula 1-də büdcə limitinə 2026-cı ildə yenidən baxılma ehtimalı var. “Motorsport”un məlumatına görə, hazırda 135 milyon dollar olan xərc limiti 220 milyon dollara qədər artırıla bilər.

Lakin bu büdcəyə bir çox şeylər əlavə edilə bilər. İndiki reqlamentə əsasən, komanda bazalarında əsaslı tikinti ilə bağlı bir sıra məsələlər bu xərclərə daxil deyil.

Mənbənin yazdığına görə, hazırda yeni büdcə xərclərinə müavinətlərin, həmçinin, işçilərə bayram tədbirləri və şənliklər üçün xərclərin daxil edilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələr aparılır.

Limitin 215 milyon dollar səviyyəsində müəyyən edilməsi müzakirə edilir. Amma bura analıq müavinətləri və əyləncə xərcləri əlavə edilməyəcək. Əks halda komandalar qadınları işə götürməkdən çəkinəcək və işçilər üçün tətillər təşkil etməkdən vaz keçəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp