Çadi Riad karyerasını İngiltərədə davam etdrəcək. “Kristal Pelas” 20 yaşlı müdafiəçinin keçidini həll edib.

Futbolinfo.az xəbər verir ki, “Betis” bu transferdən 12 milyon avro qazanıb. Müqavilədə 2 milyon avroluq bonuslar da nəzərdə tutulub. Anlaşmadan “Barselona” da qazanacaq. İspaniya nəhəngi məbləğin 50 faizinə sahib olacaq.

Mərakeş əsilli oyunçu “Barselona” yetirməsidir. O, Sevilya klubuna icarəyə göndərilərkən satılacağı halda məbləğin bölüşdürülməs barədə razılıq əldə olunmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp