Fransanın “Nitsa” klubu Braziliya millisinin sabiq futbolçusu Dante ilə başa çatan müqavilə müddətini uzadıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa Liqa 1-də çıxış edəcək.
2016-cı ildən “Nitsa”da forma geyinən Dante daha əvvəl “Volfsburq”, “Bayern” və “Borussiya” (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.