Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının yay fasiləsində “Yurqorden”dən ayrılacağı dəqiqləşib.

Futbolinfo.az İsveç mətbuatına istinadən məlumatına görə, 22 yaşlı hücumçu məşqçilər korpusunun gələcək planlarına daxil deyil.

Bu mövsümdən əsas heyətə düşə bilməyən Qurbanlı başqa komandaya icarəyə veriləcək. Rəhbərlik onu birdəfəlik satmaq fikrindən uzaqdır. Bu səbəbdən Musa üçün icarə variantı nəzərdən keçirilir. Bununla bağlı təkliflərin dəyərləndirilməsi qərara alınıb.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp