Azərbaycanın 2024-2025 mövsümündə Avropa Liqasındakı təmsilçisinin potensial rəqibləri artıb.

Futbolinfo.az saytı xəbər verir ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2-ci yeri tutaraq qitənin ikinci dərəcəli klub turnirinə yollansa, I təsnifat mərhələsində səpələnmişlərdə yer alacaq. “Ağ-qaralar”ın oradakı mümkün 6 rəqibindən 2-si məlumdur. Bunlar Bolqarıstan “Botev”i və Slovakiya “Rujomberok”udur.

“Zirə”, “Sabah” və ya “Sumqayıt” Avropa Liqasında iştirak hüququna yiyələnsə, aşağı əmsalına görə, səpələnməmişlərdə olacaq. Onların potensial rəqibləri isə hələlik “Tobol” (Qazaxıstan), “Visla” (Polşa) və “Pafos”dur (Kipr).

“Elfsborq” daha əvvəl səpələnməmişlərdə göstərilsə də, digər komandaların adları dəqiqləşdikcə, İsveç klubunun səbəti qeyri-müəyyən olub. Həmçinin “Paksi” (Macarıstan) və “Korvinul”un (Rumıniya) da hansı səbətdə qərarlaşacağı bilinmir.

Qeyd edək ki, Avropa Liqasında 2024-2025 mövsümünün I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Shares: