Canpyero Qasperini Avropa Liqasını ilk finalında qazanan ən yaşlı baş məşqçi oldu. “Atalanta”nın çalışdırıcısı bunu dünən “Bayer”in məğlubiyyətsizlik seriyasını qırmaqla bacardı. Ümumiyyətlə, bu, onun ilk tituludur.

Futbolinfo.az xəbər verir ki, dünənki qələbədən sonra İtaliya klublarının Avropa Liqasında titul sayı 10-a çatdı. Yalnız ispanlar daha çox – 14 dəfə bu kuboku muzeyinə aparıb.

Avropa Liqasını qazanan məşqçilərin rəqibətində də iki ölkə öndədir. Qasperini titulu əldə edən 11-ci italiyalı məşqçi oldu. İspan çalışdırıcılar 13 dəfə eyni uğura imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp