Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərə bu dəfə də yerli təlimatçılar – Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və Amil Ağacanov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda baş tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp