“Yuventus” heyətinə yeni qapıçı cəlb edəcək. Turinlilərin çoxsaylı namizədlərin yer aldığı siyahısına Mikele de Qreqorio başçılıq başçılıq edir.

Futbolinfo.az xəbər verir ki, “Montsa”nın qolkiperinin transfer dəyəri 15 milyon avrodur. 26 yaşlı əlcək sahibi son mövsümdəki uğurlu çıxışı sayəsində diqqət çəkib. Tərəflər artıq müzakirələrə başlayıb və gələn ay keçidin reallaşması mümkündür.

De Qreqorio “İnter” yetirməsidir. O, 2020-ci ildən “Montsa”da icarə əsasında çıxış edirdi, 2 il öncə 4 milyon avroya birdəfəlik transfer edilib. Hazırda zədəli olan qapıçının 2027-ci ilədək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp