Milli Basketbol Assosasiyası  2023/24 mövsümü üçün rəmzi komandaların tərkiblərini açıqlayıb.

Bu il beşliklər basketbolçuların mövqeləri nəzərə alınmadan formalaşdırılıb.

Əsas birinci komandaya “Miluoki”nin hücumçusu Yannis Antetokumpo, “Dallas”ın müdafiəçisi Luka Donçiç, “Oklahoma”nın müdafiəçisi Şey Gilgs-Aleksander, “Denver”in mərkəz oyunçusu Nikola Yokiç və “Boston”un hücumçusu Ceyson Teytum daxil ediliblər.

c6e18073 cf14 4d45 9957 516f64a8aac0 - Futbolinfo.az

İkinci komandada “Nyu-York”dan Jeylen Branson, “Leykers”in mərkəz basketbolçusu Entoni Devis, “Finiks”in hücumçusu Kevin Durant, “Minnesota”nın müdafiəçisi Entoni Edvards və “Klippers”in hücumçusu Kavay Leonard yer alıblar.

da8aaaac 445e 4058 9890 3166c6eece83 - Futbolinfo.az

Üçüncü beşliyə isə “Finiks”in müdafiəçisi Devin Buker, “Qolden Steyt Vorriors”un müdafiəçisi Stiven Karri, “İndiana Peysers”in müdafiəçisi Tayrez Halibörton, “Leykers”in hücumçusu Lebron Ceyms və “Sakramento”nun mərkəz basketbolçusu Domantas Sabonis daxil ediliblər.

c1d3557f 5ce9 4263 bcd9 2c660e81d23f - Futbolinfo.az

Ən çox xal Nikola Yokic və Şey Gilgs-Aleksanderə verilib. Lebron James 20-ci dəfə rəmzi komandada olub. Kevin Durant 11-ci, Stiven Karri isə 10-cu dəfə seçilənlər siyahlsına düşüb.

dfe60f7a a594 4a49 a29a 2c2170d866ad - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp