Novak Cokoviç Cenevrədə keçirilən turnirdə ilk oyunda qalib gəlib. O, Yannik Hanfmanı iki setdə məğlubiyyətə uğradıb – 6:3, 6:3.

Bununla da, serbiyalı tennisçi karyerasında 1100-cü qələbəsini qazanıb. Qələbələrin sayına görə o, yalnız Cimmi Konnors (1274) və Rocer Federerdən (1251) geri qalır.

Əlavə edək k, qələbə faizinə görə Cokoviç tarixdə birincidir. O, keçirdiyi oyunların 83,5 %-də qalib gəlib.

Maraqlıdır ki, yubiley qələbəsini Novak ad günündə qazanıb. Bu münasibətlə Cenevrə turnirinin təşkilatçıları oyundan sonra ona tort hədiyyə ediblər. Tennisçi tortu bol-boy və laynsmanlarla paylaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp