“McLaren” komandası mayın 24-dən 26-dək Monte-Karloda keçiriləcək Monako Qran-Prisi üçün öz sürücüləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastrinin dəbilqə və kombinezonlarını nümayiş etdirib.

Həm dəbilqələr, həm də avadanlıq Braziliya bayrağının rənglərində hazırlanıb ki, bu da üçqat dünya çempionu Ayrton Sennanın faciəli ölümünün 30-cu ildönümünə işarədir. Britaniya komandası keçmiş üzvünü İmoladan sonra da unutmadığını bir daha vurğulamağa çalışıb.

Shares: