Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün 2-ci turun qarşılaşmaları üçün Belçikaya yollanıb.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma 24-26 may tarixlərində Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Komanda Bakıdakı 1-ci turda Rumıniya və Ukraynana 0:3 hesabı ilə uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp